Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur.

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"MDB sammiti çərçivəsində Putinlə Paşinyan arasında heç bir görüş planlaşdırılmır. Əlbəttə ki, bütün tədbirlər zamanı əlaqə istisna edilə bilməz", - Krem rəsmisi vurğulayıb.

Prezidentin köməkçisi onu da qeyd edib ki, belə bir görüşlə bağlı heç bir diplomatik əlaqə olmayıb.

Uşakov Paşinyanın Rusiyaya mümkün səfəri ilə bağlı konkret razılaşmanın olmadığını da söyləyib.