Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əraqçıya "ağır" ittiham - Xameneidən icazəsiz ABŞ nümayəndələri ilə danışıqlar aparıb

İranın xarici işlər naziri Abbas Əraqçiyə qarşı impiçment təşəbbüsü ölkə parlamentində qeydə alınıb.

Bu haqda “Tasnim” agentliyi məlumat yayıb.

Təşəbbüsçülərdən biri onu Nyu-Yorka səfəri zamanı İranın Ali Rəhbəri Müctəba Xameneinin icazəsi olmadan ABŞ nümayəndələri ilə danışıqlar aparmaqda ittiham edib.

Bundan əlavə, İran XİN rəhbərinə qarşı irəli sürülən ittihamlar arasında “qırmızı xətlərin aşılması” və Vaşinqtonla danışıqlar zamanı səhv hesablamalara yol verilməsi də yer alır.