Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniyanın yeni baş nazirinin adı açıqlanacaq

Bu gün Britaniyanın yeni baş nazirinin adı açıqlanacaq.

Britaniya baş nazirinin adı yerli vaxtla saatı təxminən 12:30 radələrində açıqlanacaq.

Bu vəzifəyə hazırkı Xarici İşlər naziri Liz Trass və ya keçmiş Maliyyə naziri Rişi Sunak iddia edirlər. Sosioloji sorğular Liz Trassın daha şanslı olduğunu göstərir.

Qalib Mühafizəkarlar partiyasının üzvləri arasında keçirilən səsvermə yolu ilə müəyyən edilir. Partiyanın üzvləri Böyük Britaniya əhalisinin 1%-dən azını təşkil edir.

Boris Consonun istefasının isə bir gün sonra, 6 sentyabrda kraliçaya elan ediləcəyi gözlənilir.

96 yaşlı kraliça vəzifədən gedən baş naziri Şotlandiyadakı qəsrində qəbul edəcək. O, yeni seçiləcək baş naziri də burada qəbul edəcək.

Xatırladaq ki, Kraliça Elizabetin 70 illik hakimiyyəti dövründə 14 baş nazir olub.