Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniyanın yeni Baş naziri sözünün üstündə durdu - İlk telefon zəngi Zelenskiyə

Böyük Britaniyanın yeni Baş naziri Liz Trass təyinatından sonra ilk telefon danışığı aparıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin tviter səhifəsinə istinadən xəbər verir.

"Mən Britaniya xalqına Ukraynaya müdafiə və iqtisadi dəstəyə görə liderliyinə görə minnətdarlığımı bildirdim. Böyük Britaniyanın bunun daha da güclənməsinə hazır olması vacibdir", - paylaşımda deyilir.

Zelenski Liz Trassı Ukraynaya dəvət edib və onunla təhlükəsizlik təminatlarını müzakirə edib. Liderlər həmçinin Ukraynanın bərpasında Britaniyanın iştirakını da müzakirə ediblər.