Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniyanın Baş naziri istefa verib

Böyük Britaniyanın Baş naziri Rişi Sunak istefa ilə bağlı müraciətini Kral III Çarlza təqdim edib.

Bu barədə Britaniya KİV-i məlumat yayıb.

O, son 200 ildə ölkənin ən gənc hökumət başçısı olub. Sərvəti Britaniya kralının sərvətini üstələyən R.Sunak iki ildən az müddətə bu vəzifədə çalışıb.

Qeyd edək ki, bu, Böyük Britaniyada keçirilən seçkilərdən sonra qaçılmaz olub. Leyboristlər partiyası parlamentdə üstünlük qazanıb. Partiya 650 yerdən 326-nı təmin edib. Baş nazir və Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak məğlubiyyətini etiraf edərək bunun məsuliyyətini öz üzərinə götürdüyünü bildirib. O, Leyboristlər Partiyasının lideri Kir Starmeri iyulun 4-də keçirilən parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının hazırda cəmi 71 mandatı var. Səsvermə bülletenlərinin hesablanması davam edir.