Britaniyadan Şimali Koreyaya çağırış
01 Yanvar 2023
Böyük Britaniya Xarici İşlər Nazirliyi nüvə başlıqlarının istehsalını eksponensial artıracağını vəd edən Şimali Koreya lideri Kim Çen Inın son bəyanatlarına reaksiya verib və rəsmi Pxenyanı raket buraxılışları əvəzinə vətəndaşların rifahına diqqət yetirməyə çağırıb.
Bu barədə məlumat nazirliyin rəsmi saytında dərc olunub.
Qeyd olunub ki, Şimali Koreya yanvarın 1-də qısa mənzilli ballistik raket atmaqla BMT Təhlükəsizlik Şurasının qətnamələrini növbəti dəfə pozub.
Məlumata görə, rəsmi London Pxenyanı ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına yönəlmiş dialoqa qayıtmağa, nüvə və ballistik raket proqramlarının qeyri-qanuni inkişafını dayandırmağa çağırıb.