Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniyada Baş nazir seçkiləri: Rişi Sunak liderdir

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının liderliyi və Baş nazir postu uğrunda mübarizə aparan namizədlərdən 5-i Britaniya parlamentində səsvermənin üçüncü raunduna keçib.

Keçmiş maliyyə naziri Rişi Sunak 101, Penni Mordaunt 83, xarici işlər naziri Liz Truss 64, Kemi Badenok 49 və Tom Tugendhat 32 səs toplayıb.

Suella Braverman isə 30 səs baryerinə çata bilməyib və 27 səslə liderlik yarışı ilə vidalaşıb.