Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya XİN başçısı: "Rusiya oliqarxlarına qarşı sanksiyaları heç vaxt ləğv etməyəcəyik"

“Rusiya oliqarxlarına qarşı tətbiq edilən sanksiyalar heç vaxt ləğv edilməyəcək”.

UNIAN xəbər verir ki, bunu “Times”ə müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Liz Trass biıldirib.

“Bu, fövqəladə mürəkkəb vəziyyətdir. Həmin oliqarxlar Rusiya Prezidenti Vladimir Putinə indi törətdiyi əməlləri etməyə imkan verdilər. Onların əllləri qana bulaşıb”, - Liz Trass vurğulayıb.

Nazir Rusiyanın atdığı addımlara görə, krallığın keçmiş Baş naziri Toni Bleyri ittiham edib:

“Toni Bleyr (Böyük Britanyanın 1997-2007-ci illərdə Baş naziri - “Report”) hər dəfə dönüş anında onun yanında oldu. Qərb Vladimir Putinin planlaşdırdıqlarını ciddi qəbul etmədi”.

Nazirin sözlərinə görə, rusiyalı iş adamı, “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç Böyük Britaniyaya qayıda bilməz.

Liz Trass bildirib ki, Qərb “soyuq müharibə” zamanından Rusiyaya qarşı sıxışdırıcı tədbirlərin kifayət olmadığından nəticə çıxarmalıdır.(Report)