Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya Ukraynaya ağır artilleriya sistemləri verib

Ukraynaya Böyük Britaniyadan M270 reaktiv yaylım atəşi sistemləri alıb.

Unian xəbər verir ki, bu barədə müdafiə naziri Aleksey Reznikov öz “Twitter“ səhifəsində yazıb.

“Böyük Britaniya söz verdi, Böyük Britaniya sözünü tutdu. Ukraynaya yeni M270 reaktiv yaylım atəşi sistemləri gəlib”, - o yazıb.

M270 sistemləri hədəfi 80 kilometr məsafəyə qədər dəqiqliklə məhv edə bilir.