Britaniya məhkəməsi Assanjı zaminə buraxıb
25 İyun 2024
Çərşənbə axşamı gecə WikiLeaks-in yaradıcısı Julian Assanj hərbi sirləri açıqlamaqda təqsirli bilinərək azad ediləcək. O, artıq London həbsxanasından çıxıb və Böyük Britaniyanı tərk edib.
“Julian Assanj azaddır. O, iyunun 24-də səhər saatlarında Belmarş həbsxanasını 1901 gün keçirərək tərk edib. London Ali Məhkəməsi onu girov müqabilində azadlığa buraxdı və o, günortadan sonra Böyük Britaniyadan uçub getdi”, - Assanjın tərəfdaşları X sosial şəbəkəsində yazıblar.
Razılaşma ABŞ Ədliyyə Nazirliyi ilə uzun sürən danışıqlar sayəsində mümkün olub.
Assanjın təyyarəsi iyunun 26-da məhkəmə iclasının keçiriləcəyi Şimali Mariana adalarına gedib.
Razılaşmaya əsasən, 52 yaşlı Assanj milli müdafiə məlumatlarını açıqlamaqda ittiham olunacaq.
Assancın artıq Britaniya həbsxanasında keçirdiyi 5 ili nəzərə alaraq 62 ay həbs cəzası alacağı, bundan sonra azadlığa çıxacağı və vətəni Avstraliyaya qayıda biləcəyi gözlənilir.
WikiLeaks-in qurucusu Əfqanıstan və İraqdakı müharibələrlə bağlı məxfi hərbi sənədlərin və diplomatik teleqramların yayılmasına görə ilkin olaraq Casusluq Qanununa əsasən 18 maddə ilə ittiham olunub.