Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya kəşfiyyatı: Rusiya İrandan yeni dronlar alıb

“Ola bilsin, Rusiya İrandan pilotsuz uçuş aparatlarının yeni partiyasını alıb”.

Bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat yayıb.

Bildirilib ki, Ukrayna ərazilərinə pilotsuz təyyarələrlə son hücum da bunu təsdiqləyir: “Bu, hələ yoxlanılmalıdır. Lakin, ola bilsin ki, Rusiya bir neçə yüz "Şahed-131" və "Şahed-136"dan ibarət müvəqqəti ehtiyatını tükəndirib və indi əlavə PUA-lar alıb”.