Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya kəşfiyyatı: “Mariupol Ukraynanın nəzarəti altındadır”

“Ukrayna qüvvələri Kiyevin şimal-qərbində, o cümlədən İrpen, Buça və Qostomeldə lokal əks-hücumlar keçirməyə davam edir. Bu hücumlar müəyyən uğur qazanıb və rusiyalılar bir sıra mövqelərdən geri çəkiliblər. Bununla belə, Rusiya zərbə imkanlarına görə şəhər üçün hələ də ciddi təhlükə yaradır”.

Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiya qüvvələri şəhəri atəşə tutmağa davam edərək Mariupolda doğru irəliləməyə davam edir, lakin şəhərin mərkəzi hələ də Ukrayna qüvvələrinin nəzarəti altındadır. Başqa istiqamətlərdə Rusiya ordusu öz qüvvələrini yenidən təşkil etməyə və yenidən qruplaşdırmağa çalışarkən müdafiə mövqelərini saxlayırlar”, - məlumatda vurğulanıb.