Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya, İtaliya və Yaponiyanın yeni nəsil döyüş təyyarəsi belə olacaq

Böyük Britaniyanın Farnboro aviasalonunda yeni nəsil qırıcının konseptual modeli nümayiş etdirilib.

Bu barədə İtaliyanın “Leonardo” mühəndis qrupu məlumat yayıb.

Təyyarə Britaniya, İtaliya və Yaponiya tərəfindən hazırlanır.

Döyüş təyyarəsinin 2035-ci ildə istismara verilməsi planlaşdırılır.

Tərtibatçılar iddia edirlər ki, təyyarə dünyanın ən müasir qırıcılarından biri olacaq və “ağıllı silah sistemi” və “mövcud sistemlərdən 10 min dəfə çox məlumat” ötürə bilən güclü yeni nəsil radarla təchiz ediləcək.