Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya həbsxanasında ŞƏRİƏT QANUNLARI: Məhbuslar şallaqlanır...

"Britaniya həbsxanalarında, o cümlədən Belmarş və Uaytmurda terrora görə məhkum olunanlar özlərini əmir elan edərək müsəlman məhbusları şəriət qanunları ilə idarə edirlər".

“Daily Mail” nəşri xəbər verir ki, bu barədə vəkil Conatan Holla açıqlamasında bildirib.

Onun sözlərinə görə, terrorçular müsəlman qanunlarına tabe olmayan məhbuslar barəsində şəriət məhkəməsi təşkil edirək onları cəzalandırırlar.

“Acınacaqlı vəziyyətdir. “Əmirlər” cəzalandırılan məhbusları şallaqlayır, onları çirkli işlərə sövq edərək, tualeti, kameraları təmizlətdirirlər. Həbsxana rəsmiləri bu cür davranışları dayandırmır, çünki terrorçular onları irqçilik və islamofobiya ittihamları ilə hədələyirlər”.