Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bricit Makron qadın olduğunu sübut etməlidir - Məhkəmədə tələb

Fransanın birinci xanımı Bricit Makron qadın olduğunu sübut etməlidir.

“Franceinfo” xəbər verir ki, bu tələb B.Makrona böhtan atmaqda təqsirləndirilən şəxslərin məhkəməsi zamanı səsləndirilib.

Onlardan biri bildirib ki, şayiələrin qarşısını almaq üçün sadəcə bir neçə uşaqlıq və ya hamiləlik şəkillərini göstərmək kifayətdir.

Qeyd edək ki, hazırda iş üzrə on nəfər müttəhimlər kürsüsündədir. Onlar sosial mediada Prezident Emmanuel Makronun həyat yoldaşının əslində kişi olduğuna dair iddialar paylaşıblar. Təqsirləndirilən şəxslərin fikrincə, onların iddiaları böhtan deyil, əksinə fikir və söz azadlığıdır.