Braziliyada çevriliş cəhdi: Prezident paytaxtdan çıxarılıb, hökumət binaları ələ keçirilir - VİDEO
09 Yanvar 2023
Braziliyanın paytaxtında sabiq dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının kütləvi etirazları keçirilir. Onlar ölkənin paytaxtında Konqresin binasına basqın ediblər.
G1 telekanalının məlumatına görə, polis aksiyanı dağıtmaq üçün səs qumbaralarından istifadə edib. Telekanal bildirir ki, dövlət çevrilişinə cəhd edən aksiyaçılar Konqresə soxulublar.
Etirazların dinc keçəcəyi ehtimal edilirdi. Lakin etirazlar hökumət binalarının kütləvi şəkildə ələ keçirilməsinə çevrilib. Etirazçılar Prezident Luis İnasio Lula da Silvanın istefasını tələb edirlər.

Lula da Silva isə artıq paytaxtdan çıxarılıb. “Folha” qəzetinin məlumatına görə, dövlət başçısı hazırda San-Paulu şəhərindədir.
Lula da Silva iğtişaşlar səbəbindən paytaxtda fövqəladə vəziyyət elan edib. Prezident vurğulayıb ki, fövqəladə vəziyyət yanvarın sonuna kimi qüvvədə olacaq.
Braziliya lideri ölkədəki iğtişaşlarda iştirak edən “vandallar”ı da cəzalandıracağına söz verib.
https://www.youtube.com/watch?v=7UG6Q0ePJbI