Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Böyük yeddilik” təcili toplanır: Ukraynanı müzakirə edəcəklər

“Böyük yeddilik” (G7) ölkələrinin liderləri oktyabrın 11-də Rusiyanın Ukraynaya hücumu ilə bağlı təcili toplantı keçirəcək.

Bunu Almaniya hökumətinin sözçüsü Steffen Hebestreyt bildirib.

İclas videoformatda baş tutacaq.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski toplantının başlanğıcında iştirak edəcək.

Bundan əvvəl Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub. Telefon danışığı zamanı G7 ölkələrinin iclasında Ukrayna liderinin çıxışı barədə razılığa gəlinib:

“Mən orada Rusiyanın terror aktları barədə danışacağam”, - V.Zelenski söyləyib.

Qeyd edək ki, okryabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 10 nəfər ölüb, 60 nəfər yaralanıb.