Logo
news content
User
Kateqoriyalar

Xəbər

Boris Consonun vəziyyəti ağırdır - İki nazir və partiya lideri istefa verdi

Britaniyanın Mühafizəkarlar Partiyasının sədr müavini Bim Afolami istefa verdiyini açıqlayıb.

O, bu barədə “Talk” telekanalının efirində məlumat verib.

“Düşünürəm ki, mən istefa verməliyəm, çünki bu baş nazirin yanında işləyə bilmərəm”, - Afolami qeyd edib.

Onun sözlərinə görə, Baş nazir Boris Consonun özünə inamı itirib və postunu tərk etməlidir.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak və onun həmkarı, səhiyyə naziri Sacid Cavid istefa veriblər.