Logo
news content
User
Kateqoriyalar

Xəbər

Boris Conson istefa verdi - Amma Ukrayna siyasəti dəyişməyəcək

Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib. O, bu barədə xalqa müraciəti zamanı bildirib.

“Bilirəm ki, bu qərarıma görə, nə qədər adam rahatlayacaq, eyni zamanda, nə qədər adam kədərlənəcək. Bilməyinizi istərdim ki, mən dünyanın ən yaxşı vəzifəsindən istefa verdiyim üçün çox kədərliyəm”.

Eyni zamanda, Conson deyib ki, yeni liderin seçilməsinə indi başlanılmalıdır.

“Yeni lider seçilənə qədər mən bu gün təyin etdiyim kabinetlə birgə vəzifəmə davam edəcəyəm”, - Conson qeyd edib.

O, yeni liderə bacardığı qədər ən yaxşı dəstəyi göstərəcəyini də bəyan edib.

İstefa bəyanatın səsləndirən Conson Ukraynaya dəstəyin davam edəcəyini vurğulayıb: “Ukrayna xalqına demək istəyirəm ki, biz sizin azadlıq mübarizənizi ehtiyac olduğu müddətdə dəstəkləməyə davam edəcəyik”.