Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bolşevik ənənəsinə sadiq rus hərbçiləri: ANTİK UNİTAZ oğurlandı

Bu dəfə Rusiya hərbçilərinin hədəfi Ukraynanın Zaporojye vilayətinin Vasilyevski rayonundakı “Popov mülkü” tarixi-memarlıq muzey-qoruğu olub.

Muzey-qoruğun direktoru Anna Qolovkovun sözlərinə görə, əvvəlcə muzey artilleriya atəşi ilə vurulub, sonar isə qarət başlanıb:

“Rus əsgərlər əşyaları çanta-çanta yığıb aparırdılar. Bu, azmış kimi digər antik avadanlıqlar yararsız hala salınıb. Qarşılarına çıxan hər şeyi məhv ediblər”.

Ən qəribəsi isə, hərbçilərin muzeydən oğurladıqları unitaz olub. Bu, adi unitaz olmayıb. Əşya 19-cu əsrə aiddir və mərmərdən hazırlanıb.

“Mərmər unitaz ilk dəfə bolşeviklər tərəfindən oğurlanmışdı. Sonradan muzeyə qaytarılmışdı. Bəxtsiz unitaz yenidən oğruların əlinə keçdi”, – deyə Zaporojyenin Mədəniyyət və turizm departamentinin direktoru Vladislav Moroko bildirib.