Logo
news content
User
Kateqoriyalar

Xəbər

BMT qətnamə qəbul etdi: Rusiya Ukraynaya təzminat ödəməlidir

BMT Baş Assambleyası Rusiyanın Ukraynaya təzminat ödəməsi mexanizmi haqqında qətnamə qəbul edib.

TASS xəbər verir ki, xüsusi sessiyanın iştirakçıları Rusiyanın Ukraynaya vurduğu zərərin beynəlxalq reyestrinin yaradılması, habelə itkilərin kompensasiyası mexanizminin yaradılmasının zəruriliyini bildirən qətnamə qəbul ediblər.

Qətnamənin lehinə 94 ölkə, əleyhinə 14 ölkə səs verib, 73 ölkə bitərəf qalıb. Azərbaycan səsvermədə iştirak etməyib.