Logo
news content
User
Kateqoriyalar

Xəbər

BMT: Dünyada ömür uzunluğu, təhsil və həyat standartları aşağı düşüb


Birləşmiş Millətlər Təşkilatının yenicə açıqladığı hesabatda dünyada gözlənilən ömür uzunluğu, təhsil və iqtisadi rifah sahələrində onillərlə davam edən irəliləyişlərin pandemiya nəticəsində gerilədiyi bildirilir. BMT-nin qlobal inkişafını ölçən İnsan İnkişafı İndeksi son iki ildə hər 10 ölkədən 9-da azalıb. Burada Covid-19-la yanaşı, Ukraynadakı müharibə və qlobal iqlim dəyişikliyinin zərərli təsirlərinin də rol oynadığı bildirilir.





İsveçrə dünyada gözlənilən 84 illik ömür uzunluğu, 16,5 illik təhsil və 66 min frank orta gəlirlə İnsan İnkişafı İndeksinə başçılıq edir.Siyahının sonunda 55 il ömür, 5,5 il təhsil və orta illik gəliri 768 dollar olan Cənubi Sudan gəlir.





İndeksə daxil olan 191 ölkənin əksəriyyətində, xüsusən də gözlənilən ömür uzunluğunda geriləmələr baş verərək 2016-cı ildə müşahidə olunan səviyyəyə qayıdıb, bu isə 30 ildir artan ömür uzunluğunun ilk dəfə geriləməsi deməkdir.





ABŞ-da gözlənilən ömür uzunluğu 2019-cu ildən bəri iki il azalıb, bəzi ölkələrdə isə bu rəqəm daha böyükdür. BMT 1990-cı ildə inkişafın ümumi daxili məhsula (ÜDM) qədər azalması tendensiyası ilə mübarizə aparmaq üçün İnsan İnkişafı İndeksini işləyib hazırlayıb.




O vaxtdan bəri müxtəlif böhranlar səbəbindən bir çox ölkələrin indeksləri zaman-zaman azalsa da, ötən ilə qədər qlobal tənəzzül müşahidə edilməmişdi.Keçən ilki enişdən sonra bu il də indeksin aşağı düşməsi inkişaf tendensiyasının bərpasının çətin ola biləcəyini göstərir.





Zəngin ölkələrin üçdə ikisində bu il eniş trendi başa çatsa da, əksər ölkələrdə azalma davam edib.Bu il açıqlanan indeksin məlumatları ötən ilə aiddir.





Hesabatın müəlliflərindən olan Achim Steiner builki məlumatların daha bədbin göründüyünü, 80-dən çox ölkənin öz borcunu ödəməkdə çətinlik çəkdiyini bildirir:"Biz ciddi pozuntular müşahidə edirik və onların yaxşılaşdırılması üçün illər lazım ola bilər".