Logo
news content
User
Kateqoriyalar

Xəbər

Blinken Türkiyəyə səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, ABŞ dövlət katibinin səfəri cümə günü üçün nəzərdə tutulub.

Səfər çərçivəsində Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək. Görüşdə Suriyadakı son hadisələr və iki ölkənin regiona dair siyasətləri müzakirə ediləcək.