Blinken Paşinyanla Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
13 Sentyabr 2024
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin dövlət katibi Antoni Blinkenlə İrəvan və Bakı arasındakı sülh prosesini müzakirə edib.
Bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.
Bildirilib ki, Nikol Paşinyanla Antoni Blinken arasında telefon danışığı olub. Söhbət zamanı Ermənistan və Azərbaycan arasında sülh prosesi ilə bağlı məsələlər, o cümlədən Ermənistan – ABŞ ikitərəfli gündəliyi müzakirə edilib.