Logo
news content
User
Kateqoriyalar

Xəbər

Blinken: “Əl-Qaidə terror təşkilatı zəifləyib, artıq ABŞ-a hücumlar edə bilmir”



“ABŞ kəşfiyyat xidməti Əl-Qaidə terror qrupunun zəiflədiyini və indi ABŞ-a qarşı hücumlar həyata keçirə bilmədiyini düşünür”.

APA xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Dövlət katibi Entoni Blinken məlumat verib.

“11 Sentyabr 2001-ci il tarixində bizə hücum edən Əl-Qaidə qrupu uzun müddətdir ki, ciddi şəkildə zəifləyib. Kəşfiyyat məlumatlarına görə, sözügedən terror təşkilatı nə bizə, nə də başqalarına qarşı xarici hücumlar həyata keçirə bilməz”, deyə Blinken vurğulayıb.

Blinken əlavə edib ki, “Taliban” ABŞ-a hücum edən Əl-Qaidə qrupuna sonuncu dəfə Əfqanıstanda sığınacaq verib: “11 sentyabr 2001-ci il terror aktları nəticəsində ABŞ-da 90 ölkənin vətəndaşı - 2977 nəfər ölmüş, 6 mindən çox insan yaralanmışdı. Bu hücumların məsuliyyəti Əl-Qaidənin üzərinə düşür”.