Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Bitcoin” yenidən bahalaşıb

Dünyanın ən populyar kriptovaluyutası sayılan "Bitcoin"in həftə sonu kəskin qiymət dəyişikliyinə məruz qalıb.

“Bitcoin” şənbə günü saat 13.00-dək təxminən 10 000 dollar ucuzlaşaraq 48 210 dollara düşüb. Günün sonunda isə ucuzlama daha böyük olub və bu dəfə “Bitcoin” 42 296 dollara müştəri tapıb.

Bazar günü isə kriptovalyutanın qiymətində sıçrayış baş verib və qiymət 50 000 dolları keçib. Ekspertlər kəskin qiymət dəyişməsinin səbəbini koronavirusun yeni “Omicron” ştamı ilə izah edirlər.