Logo
news content
User
Kateqoriyalar

Xəbər

Birinci Qarabağ müharibəsi: Fərrux dağında itkin düşənlər kimlərdir... - SİYAHI

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Xocalı inzibat rayonunun Fərrux kəndi istiqamətində 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısını açıqlayıb.

Siyahının açıqlanması Fərrux kəndinin və ətraf yüksəkliklərin martın 24-də Azərbaycan ordusunun nəzarətinə keçməsindən sonra orada aparılan mühəndis-istehkam işləri zamanı insan qalıqlarının aşkar edilməsi ilə əlaqəlidir. Həmin qalıqların 1-ci Qarabağ müharibəsi zamanı Fərrux uğrunda gedən döyüşlərdə şəhid olan və meyitləri tapılmadığı üçün itkin düşmüş sayılan Azərbaycan hərbçilərinə aid olduqları ehtimal edilir.



Dövlət Komissiyası bildirir ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumaasiyası işləri davam etdirilir. Bu istiqamətdə aparılmış növbəti tədbirlər zamanı, 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.

“Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılmış meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcək”, - komissiya bildirir.



Qeyd olunur ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Eyni zamanda, Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.



“Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - komissiya bildirir.

Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısı





























































































































































































































































































































































































Soyadı, adı və atasının adıTəvəllüdüİtkin düşdüyü tarix
1Abdullayev Əlibala Teyyub oğlu27.02.197219.09.1992
2Ağayev Arzu Nazir oğlu16.12.197324.01.1993
3Allahverdiyev Baba Müseyib oğlu13.11.197128.10.1992
4Allahverdiyev Əhməd Ənvər oğlu30.04.197419.01.1993
5Bağırov Baləddin Yusif oğlu19.11.197218.09.1992
6Basenşpiler Mixail Arifoviç04.02.196319.09.1992
7Baxışov Xəlil Salman oğlu01.07.196528.09.1992
8Bədirxanov Mehman Əhməd oğlu27.02.195719.09.1992
9Behbudov Əli Durmuşəli oğlu01.06.197119.09.1992
10Cəbrayılov İlham İbrahim oğlu17.01.197319.09.1992
11Cəfərov Mehman Əbdülrəhman oğlu28.01.196820.01.1993
12Cəfərov Sənan Vəli oğlu05.08.197225.01.1993
13Dadaşov İlham Adil oğlu19.06.197319.09.1992
14Eminov Mehman Bəhram oğlu01.03.197425.01.1993
15Eyvazov Məsud Eynulla oğlu08.12.197219.09.1992
16Əhmədov Faiz Mahmud oğlu15.10.195620.01.1993
17Əliməmmədov Vahid Zəbişah oğlu07.11.197113.11.1992
18Əliyev Hidayət Kamal oğlu01.02.197327.10.1992
19Əliyev İlqar Hidayət oğlu01.12.197224.01.1993
20Əmiraslanov Bəxtiyar Cahid oğlu11.09.197129.10.1992
21Əsgərov Bəxtiyar Ağabala oğlu 25.01.197319.09.1992
22Əzizov Pərviz Bayramqulu oğlu18.12.196928.10.1992
23Fərzəliyev Vidadi Molut oğlu01.06.196225.01.1993
24Həbibov Elnur Paşa oğlu21.12.197326.01.1993
25Həsənov Eldəniz İlyas oğlu17.12.196901.01.1993
26Hüseynov Cəsarət Binnət oğlu01.11.197327.10.1992
27Hüseynov Hüseyn Əhməd oğlu21.06.193519.01.1993
28Hüseynov Vüqar Cavanşir oğlu31.05.197319.09.1992
29Hüseynov Vüqar Tahir oğlu 09.07.197325.01.1993
30Hüseynov Xəqani Saleh oğlu 10.06.197028.10.1992
31İbadov Maarif Məhiş oğlu18.05.197129.09.1992
32İbrahimov Kərəm Hümbət oğlu 05.05.197228.10.1992
33İsmayılov Tahir İsa oğlu19.01.196530.10.1992
34İsrafilli Həsən Hüseyn oğlu05.03.195818.06.1992
35Kərimov Xaləddin Telman oğlu09.11.196827.10.1992
36Qəhrəmanov Vidadi İslam oğlu30.03.197119.01.1993
37Qəhrəmanov Qəhrəman Süleyman oğlu05.03.197330.09.1992
38Qubadov Vüqar Hicran oğlu07.02.197319.09.1992
39Qurbanov Natiq Mirzəli oğlu16.02.197030.10.1992
40Qurbanov Rasim Fikrət oğlu19.12.197228.10.1992
41Qurbanov Şaban Qulu oğlu08.11.197228.10.1992
42Məmmədov Elman Nurəddin oğlu25.08.197011.02.1993
43Məmmədov Faiz Kərim oğlu14.09.197129.10.1992
44Məmmədov İlqar Nuru oğlu01.07.196126.01.1993
45Məmmədov İlqar Şirzal oğlu08.09.197119.09.1992
46Məmmədov Mehman Tofiq oğlu15.04.197219.09.1992
47Məmmədov Pərviz Aşralı oğlu04.05.197327.10.1992
48Mənsimov Rüstəm İsrafil oğlu01.07.197028.10.1992
49Mirzəyev Araz Seyfəddin oğlu28.07.197325.01.1993
50Muxtarov Aydın Şaban oğlu29.05.197424.01.1993
51Namazov Pəhlivan Elman oğlu29.12.196919.01.1993
52Namazov Elçin Mahmud oğlu13.09.196230.10.1992
53Nyuneçkin Vladimir Anatolyeviç03.02.196128.10.1992
54Orucov Kamran Niyətulla oğlu27.01.197419.09.1992
55Ömərov Nizaməddin Məcid oğlu09.10.197421.01.1993
56Salmanov Sahib Salman oğlu16.04.197328.10.1992
57Səmədov Hümbət Əhəd oğlu04.12.196613.06.1992
58Svanidze Məhəmməd Fəzli oğlu18.04.197422.01.1993
59Şirinov Zahid Əsədulla oğlu31.08.197120.09.1992
60Tarverdipur Elşad Hüseyn oğlu18.03.197128.10.1992
61Təsəlliyev Aqil Böyükağa oğlu02.02.197325.01.1993
62Zeynalov Bədəl Babası oğlu19.11.197325.01.1993