Logo
news content
User
Kateqoriyalar

Xəbər

Biləsuvarda ağır yol qəzası: 2 nəfər ölüb, 10-dan çox şəxs yaralanıb

Biləsuvar rayonunda “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Hadisə nəticəsində iki nəfər ölüb, 10-dan çox şəxs yaralanıb. Yaralı şəxslər xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.