Logo
news content
User
Kateqoriyalar

Xəbər

Beynəlxalq Məhkəmə Rusiyanın şikayətini rədd etdi

FİFA-nın qərarı qüvvədə qaldı

İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Futbol İttifaqının FİFA-nın qərarından verdiyi şikayəti təmin etməyib. Pressklub.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Məhkəmənin yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, Rusiya Futbol İttifaqı FİFA-nın Rusiya komanda və klublarının yarışlardan kənarlaşdırılması barədə qərarından məhkəməyə şikayət vermişdi.

Beləliklə, Rusiyanın komanda və klubları bütün beynəlxalq yarışlardan kənarda saxlanılacaq.