Logo
news content
User
Kateqoriyalar

Xəbər

Beş ölkənin paytaxtı dəyişəcək - SİYAHI

Ümumi əhalisi 430 milyon olan beş ölkə paytaxtlarını köçürməyə hazırlaşır.

Bunlar Cənubi Koreya, İndoneziya, Misir, Monserrat adası və Ekvatorial Qvineyadır. Onların paytaxtlarının köçürülməsi qərarı siyasi və ya hərbi səbəblərə əsaslanmır.

Sözügedən beş ölkədən yalnız Monserratın paytaxtı bu gün ruhlar şəhəri vəziyyətindədir, digər dörd ölkənin paytaxtlarında isə ölkə əhalisinin əhəmiyyətli bir hissəsi yaşayır.

Yaxın keçmişdə Qazaxıstan, Pakistan, Braziliya, Malayziya, Nigeriya və Myanma kimi bir çox ölkə siyasi proseslərdən sonra paytaxtlarını dəyişib.