Berlində terror aktında şübhəli bilinən şəxs tərəfindən zərərsizləşdirilib
27 İyul 2026
Berlində avtomobillə insanların üzərinə qəsdən sürərək terror aktı törətməkdə şübhəli bilinən şəxs polisin keçirdiyi xüsusi əməliyyat zamanı zərərsizləşdirilib.
Bu barədə RBB radiosu məlumat yayıb.
Məlumata görə, gizlənən şübhəli Berlinin Şpandau rayonundakı bağçılıq massivində keçirilən xüsusi əməliyyat zamanı güllələnərək öldürülüb.
Hadisənin digər təfərrüatları açıqlanmayıb.
***
10:14
Almaniyanın paytaxtı Berlində keçirilən tədbir zamanı yük maşını TIR izdihamın üzərinə sürülüb.
Sky News xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, azı 16 nəfər yaralanıb.

İzadiham Almaniyanın paytaxtı Berlində keçirilən “Christopher Street Day” yürüşü ilə bağlı olub. Yürüş zamanı yük maşını izdihamın üzərinə gedib. Yaralılardan səkkizinin vəziyyətinin ağır, üçünün isə həyati təhlükəli olduğu bildirilir.
Hadisə Tierqarten parkının yaxınlığında baş verib. Hücumdan sonra şəhərdə keçirilən LGBT yürüşü və növbəti günə planlaşdırılan tədbirlər ləğv olunub.

Berlin polisi hadisədə şübhəli bilinən şəxsin 21 yaşlı Abdul B. olduğunu açıqlayıb. Bildirilib ki, həmin şəxs polisə əvvəldən məlum olub və şəhərdəki islamçı çevrələrlə əlaqəli sayılır. Şübhəlinin hadisə yerindən qaçdığı, onun silahlı və təhlükəli ola biləcəyi qeyd edilir. Şəhər üzrə genişmiqyaslı axtarış tədbirləri davam etdirilir.

Polis hələlik hadisənin dəqiq motivi və başvermə şəraiti barədə yekun məlumat verməyib. Araşdırma davam edir.