Logo
news content
User
Kateqoriyalar

Xəbər

Berdyanskda vurulan gəmidə yüzlərlə rusiyalı hərbçi və onlarla tank olub

Ukrayna Müdafiə Nazirliyi Rusiya ordusuna məxsus “Orsk” desant gəmisinin məhv edilməsi ilə bağlı rəsmi açıqlama verib.

"Berdyanskda məhv edilən gəmi 20-yə qədər tank, 45 zirehli transportyor və 400 desantçı daşıyırdı. Bu, hərbçilərimizin vurduğu böyük hədəfdir", - müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Eyni zamanda Rusiya mənbələri “Orskun” tamamilə dağılaraq batdığını bildirir. Daha bir neçə desant gəmisi zədələnib. Rusiya ordusunun çoxlu sayda hərbçisi həlak olub.