Logo
news content
User
Kateqoriyalar

Xəbər

Benzema dünya çempionatını buraxacaq

İspaniyanın "Real" komandasının və Fransa yığmasının hücumçusu Kərim Benzema zədə səbəbindən dünya çempionatında iştirak edə bilməyəcək.

Bu barədə bazar günü Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Benzema əzələləri zədələndiyi üçün şənbə günü komandanın məşqini tərk etmək məcburiyyətində qalıb.

"Bu dünya çempionatının karyerasında əsas məqsədi olan Kərimə təəssüf edirəm. Fransa millisi üçün bu itkiyə baxmayaraq, mən öz komandama güvənirəm. Bu böyük sınaqda tab gətirmək üçün hər şeyi edəcəyik", - Fransa millisinin baş məşqçisi Didye Deşam açıqlama verib.

Didye Deşam Benzemanın əvəzinə "Mançester Yunayted"in hücumçusu Antoni Marsialı yığmaya dəvət edib.

Xatırladaq ki, Pol Poqba (“Yuventus”) və Nqolo Kante (“Çelsi”) də zədə səbəbindən Fransa yığmasının tərkibində dünya çempionatında iştirak edə bilməyəcək.