Logo
news content
User
Kateqoriyalar

Xəbər

Benzema derbidə iştirak etməyəcək

"Real"ın futbolçusu Kərim Benzema La Liqanın 6-cı turunda "Atletiko" ilə derbi oyununu buraxacaq.

34 yaşlı hücumçu Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda sentyabrın 6-da "Seltik"lə matçda (3:0) zədələnib. Fransalı forvard komandanın bugünkü məşqində də iştirak etməyib. Klub onu meydana çıxmağa məcbur etməmək qərarına gəlib.

Qeyd edək ki, sentyabrın 18-də keçiriləcək "Atletiko" - “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.