Logo
news content
User
Kateqoriyalar

Xəbər

Belarusda danışıqlar başladı, Mariupolda Rusiya təyyarəsi vuruldu

Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Bu barədə BelTA məlumat yayıb.

Nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilir. Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yeri açıqlanmır.

Qeyd olunub ki, Rusiyanın nümayəndə heyəti hələ ötən gün Belarusa gəlmişdi.

Bu arada Ukraynanın Mariupol şəhərinin ərazi müdafiə qüvvələri Rusiyanın döyüş təyyarəsini vurub. UNIAN xəbər verir ki, bu barədə şəhər meri Vadim Boyçenko məlumat verib.

“Bizim hörmətli hərbçilərimiz Silahlı Qüvvələr, Milli Qvardiya və “Azov” alayı Rusiya işğalçılarının təyyarəsini məhv ediblər. Bu təyyarə fevralın 27-də Mariupolun Sartan qəsəbəsi və Levoberejni rayonunu 4 dəfə atəşə tutmuşdu”, - V.Boyçenko bildirib.

Məlumata görə, Rusiya hərbçiləri Mariupolu ələ keçirmək üçün Ukraynanın bu şəhərini davamlı olaraq bombalayırlar.