Belarus nüvə silahından istifadə edə bilərmi?
16 Avqust 2024
"Düşmən birlik dövlətinin sərhədini keçənə qədər ölkə ərazisində mövcud olan taktiki nüvə silahlarından (TNS) istifadə etməyi planlaşdırmırıq".
“Belta” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib.
"Biz taktiki nüvə silahları hazırlandıqda, xarici rəqiblərə (baxmayaraq ki, onlar "səfeh silahdan istifadə edəcəyimizi" iddia edirlər) birbaşa bildirdik ki, siz bizim dövlət sərhədimizə addım atmayınca, biz heç bir silahdan istifadə etməyəcəyik. Axı bu, bizim birlik dövlətimizin sərhədidir", - Belarus lideri "Rossiya-1" telekanalının "Vesti nedeli" proqramına müsahibəsində bildirib.
Qeyd edilib ki, Lukaşenko bunu Ukrayna XİN-in ölkənin hava məkanının pilotsuz uçuş aparatları tərəfindən pozulması ilə bağlı bəyanatına sərt cavab olaraq söyləyib.