Logo
news content
User
Kateqoriyalar

Xəbər

BBC-nin baş direktoru istefa verib - Trampın çıxışının saxtalaşdırılmasına görə

Britaniyanın BBC yayım korporasiyasının baş direktoru Tim Deyvi ABŞ Prezidenti Donald Trampın çıxışının saxtalaşdırılması ilə bağlı qalmaqal fonunda istefa verib.

Bu barədə korporasiyanın özü məlumat yayıb.

BBC-nin bəyanatına görə, korporasiyanın xəbər yayımı üzrə rəhbəri Debora Terness də vəzifəsindən ayrılıb.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Karolayn Levitt bildirib ki, BBC Trampın 2021-ci ilin yanvarında Kapitoliyə hücumdan əvvəlki çıxışını təhrif edib. Onun sözlərinə görə, korporasiya ABŞ liderinin çıxışını bilərəkdən saxtalaşdıraraq elə bir təəssürat yaradıb ki, guya o, Kapitolidəki iğtişaşları dəstəkləyib.

Böyük Britaniyanın BBC yayım korporasiyasının İdarə Şurasının sədri Samir Şan isə ABŞ Prezidenti Donald Trampın 2021-ci il 6 yanvar tarixində Kapitoli binasına hücumdan əvvəl etdiyi çıxışın saxtalaşdırılmasına görə üzr istəməyə hazırlaşır.

Bu barədə "The Sunday Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzet bildirir ki, Şanın bəyanatı artıq 10 noyabrda yayıla bilər. Sözügedən bəyanat bu həftə BBC-nin Mədəniyyət, KİV və İdman üzrə parlamentlərarası komitənin sorğusuna cavab kimi nəzərdə tutulur.