Bayramov: “Ermənistandan konstitusiyaya dəyişikliklər gözləyirik”
08 İyul 2024
Ermənistanla sülh danışıqlarında açıq məsələlərin sayı xeyli azalıb. Bu barədə bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərlə söhbətində bildirib.
« Lakin Ermənistan Konstitusiyasında Azərbaycana qarşı müddəalar hələ də qalır. Biz qarşı tərəfdən bu istiqamətdə addımlar gözləyirik", - Bayramov deyib.
O qeyd edib ki, iyunun sonunda Azərbaycan sülh sazişilə bağlı növbəti təkliflər paketini Ermənistana göndərib.
Azərbaycan sülh gündəliyini 2020-ci il 44 günlük müharibədən dərhal sonra təklif edib.