Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayramov: “Ermənistana qarşı ərazi iddiamız yoxdur”

Şənbə günü Ermənistanın baş nazirinin keçirdiyi mətbuat konfransında həqiqəti əks etdirməyən fikirlər səsləndirilib. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

O deyib ki, Azərbaycan sülh sazişisi üzrə növbəti versiyasını 24 iyun tarixində təqdim edib.

“Ermənistan isə baş nazirin şənbə günü keçirilən mətbuat konfransından bir neçə saat öncə yeni versiyasını Azərbaycana təqdim etdi. Saziş layihəsi üzrə danışıqlar 2 ilə yaxındır davam edir. Bu müddət ərzində olduqca böyük irəliləyiş əldə olunub. Sazişin imzalanmasını mümkünsüz edə biləcək əlavə meyarlar mövcuddur. Bunlardan ən önəmlisi Ermənistanın qonşularına qarşı ərazi iddialarından əl çəkməməsidir. Bu, qəbuledilməzdir.

Sülh danışığı üzrə proseslər davam etdikdə bu əsas məsələnin həlli vacibdir. Həmin zaman Ermənistan Azərbaycan konstitusiyası ilə bağlı məsələ qaldırmırdı. Ermənistan artıq başa düşdü ki, bu məsələni görməzdən gəlmək mümkün olmayacaq. Bu zaman başladılar deməyə ki, Azərbaycan konstitutiyasında da belə məsələ var. Amma bu, həqiqət deyil. Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiası yoxdur”, - o bildirib.