Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayramov: “Erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazisindədir”

“Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın bu addımları postmünaqişə dövründə münasibətlərin normallaşmasına vurulan ən ciddi zərbədir:

“Üçtərəfli bəyanatın fundamental prinsipləri pozulur. Həmin prinsiplər sırasında yer almış bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması öhdəliyi hələ də yerinə yetirilmir”.