Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Bayraktar" uçan maşınlar hazırlayır

Türkiyədə "Bayraktar" şirkəti uçan maşınların hazırlanması üzərində iş aparır.

Bunu “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktar deyib.

O bildirib ki, uçan maşınların tam hazırlanması 10 il çəkəcək: “Bunların prototiplərinin hazırlanması prosesinə artıq start verilib, ilk uçuşu 2020-ci ildə həyata keçirmişik. Bu maşınlar ilk əvvəllər çox az istifadə edilsə də, sonradan həyatımıza daxil olacaqlar. Türkiyədə müvafiq laboratoriyalarda şagirdlər, tələbələr təcrübə keçirlər. Həmin gənclər uçan maşınların da hazırlanması üçün sınaqlarda iştirak edirlər”. (APA)