Bayden Zelenskini Ağ Evdə qəbul edib - VİDEO
22 Dekabr 2022
Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Cozef Bayden arasında görüş baş tutub.
Bu, müharibə başlayandan bəri Ukrayna rəhbərinin ilk xarici səfəri olub.
Prezidentlər Rusiyanın təcavüzünə qarşı mübarizədə gələcək əməkdaşlığı müzakirə ediblər.
ABŞ prezidenti Cozef Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə deyib ki, Rusiya qışdan silah kimi istifadə edir.

Liderlər arasında ikitərəfli görüşün əvvəlində çıxışı zamanı prezident Bayden rusiyalı həmkarı Vladimir Putinə müraciət edərək, onu mülki şəxslərə qarşı hücumları gücləndirməkdə və qışdan silah kimi istifadə etməyə çalışmaqda ittiham edib.
Görüşdən sonra keçirilən mətbuat konfrası zamanı Bayden bəyan edib ki, ABŞ və digər Qərb ölkələri Ukraynaya silah verməklə Rusiya ilə müharibə və ya Üçüncü Dünya müharibəsinə can atmır.
“Mən Avropalı müttəfiqlərimiz və onların dövlət başçıları ilə üz-üzə bir neçə yüz saat vaxt sərf etmişəm ki, Ukraynanı dəstəkləməkdə davam etmək nə üçün onların maraqlarına uyğundur. Onlar bunu tam başa düşürlər, lakin Rusiya ilə müharibə istəmirlər. Onlar Üçüncü Dünya müharibəsini istəmirlər. Və düşünürəm ki, Ukraynanın döyüş meydanında uğur qazanacağına əmin olmaqla bütün bunların qarşısını almaq olar”-deyə, o bildirib.
Baydendə “Vaşinqton dərhal Kiyevə bütün lazımi silah və avadanlıqları, məsələn, “MGM-140 ATACMS” ballistik raketlərini (atış məsafəsi 310 km-ə qədər) ötürə bilərmi” sualı ünvanlanıb. ABŞ lideri isə sualı belə cavablandırıb:
“Ukrayna ilə qalmağın vacib olduğunu anlayan bütöv bir ittifaq mövcuddur. Ukraynaya göndəriləndən əsaslı şəkildə fərqli maddi resurslar verəcəyimiz ideyası isə NATO-nu parçalamaq, Avropa İttifaqını və dünyanın qalan hissəsini parçalamaq perspektivinə malik olacaq. Biz Ukraynanı ehtiyac duyduğu şeylərlə təmin edəcəyik ki, o, özünü qoruya bilsin və döyüş meydanında uğur qazansın”.

#Zelensky arrived at the White House. pic.twitter.com/kGnNMazCIt
— Misha Komadovsky (@komadovsky) December 21, 2022