Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Ukraynaya yeni yardım paketi elan edib

ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raketlər, pilotsuz uçuş aparatları, tank əleyhinə silahlar və digər döyüş sursatlarından ibarət yeni yardım paketini təhvil verəcək.

Bu barədə ABŞ prezidenti Co Baydenin bəyanatında deyilir.

Bayden cümə günü Ukrayna prezidenti Vladimir Zelenski ilə ölkənin avqustun 24-də qeyd olunan Müstəqillik Günü ilə bağlı telefon danışığı apardığını deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar tezliklə Ukraynaya yeni hərbi yardım paketinin ayrıldığını elan edəcək

"Bu paketə hava hücumundan müdafiə sistemləri üçün raketlər, pilotsuz uçuş aparatları və tank əleyhinə raketlər daxil olacaq", - deyə Bayden bildirib.