Bayden: "Seçkilərdən geri çəkilməyə hazıram, amma..."
12 İyul 2024
Bütün qələbə şansları itirilsə, yenidən seçilmək üçün mübarizəni dayandırmağa hazır olacağam, lakin sosioloqların apardıqları sorğular bunun əksini deyir.
Bu sözləri ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonda NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
Amerika lideri, eyni zamanda bildirib ki, ABŞ-də seçki kampaniyası zamanı böyük dəyişikliklər baş verə bilər.
“Bununla belə, mən ən yaxşı olduğuma inanıram və bilirəm ki, liderlik baxımından ən bacarıqlıyam. Lakin Trampı məğlub edə biləcək başqa insanlar da var”, - Bayden qeyd edib.
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Bayden və Tramp artıq öz partiyalarının prezidentliyə namizədləri kimi təsdiq olunublar.