Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Rusiyanın G20-dən çıxarılmasını istəyir - Yerini Ukrayna tuta bilər

ABŞ Prezidenti Co Bayden Rusiyanın G20-dən çıxarılmasının tərəfdarı olduğunu bildirib.

Brüsseldə keçirdiyi mətbuat konfransında Bayden bəzi ölkələrin bu təkliflə razılaşmadığını etiraf edib.

"Bu gün bu məsələ müzakirə olundu. Biz Ukraynanın G20 sammitində iştirakını istəyirik. Əgər İndoneziya razılıq verməsə bu mümkün olmayacaq",- deyə Bayden əlavə edib.