Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden: "Putin müharibədən qalib çıxmayacaq, Ukrayna qalib çıxacaq"

Bu gün ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmer arasında görüş keçirilib.

Ağ Evin mətbuat xidmətinin cümə günü yaydığı bəyanatda tərəflərin Ukraynadakı vəziyyəti, İran və Şimali Koreyaya aid edilən silah yükünün Rusiyaya tədarükü, Çinin Rusiyanın müdafiəsinə dəstəyi ilə bağlı iddialar, İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar və Qəzza zolağında mümkün qədər tez atəşkəs razılaşmasının əldə olunmasının zəruriliyi kimi məsələləri müzakirə etdiyi bildirilib.

Görüş zamanı Bayden və Starmer həmçinin Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının (husilər) Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarını pisləyib.

Bundan əlavə tərəflər, ABŞ və Böyük Britaniya arasında AUKUS alyansı (Avstraliya, Böyük Britaniya və ABŞ-ın üçtərəfli hərbi tərəfdaşlığı) çərçivəsində əməkdaşlığı, o cümlədən iqtisadiyyat, təmiz enerji və yüksək texnologiyalar sahəsindəki əməkdaşlıqları müzakirə ediblər.

Görüşdən əvvəl mətbuata qısa açıqlama verən Bayden, Ukraynanın Rusiyanın təcavüzündən müdafiə olunmağa çalışdığı halda, ABŞ-ın Böyük Britaniya ilə birlikdə Ukraynaya dəstək verdiyini deyib. Daha sonra o, "Aydındır ki, Putin bu müharibədən qalib çıxmayacaq, Ukrayna qalib çıxacaq", - deyə sözlərini yekunlaşdırıb.