Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden: "Putin müharibədə hədsiz qəddarlıq nümayiş etdirir"

Bazar ertəsi Ağ Ev Rusiyanın Ukrayna ərazisinə, o cümlədən Kiyevə raket zərbələri endirməsini kəskin şəkildə pisləyib.

“Bu hücumlar nəticəsində dinc sakinlər həlak olub və yaralanıb, mülki hədəflər məhv edilib. Bu, bir daha Putinin Ukrayna xalqına qarşı qeyri-qanuni müharibəsinin hədsiz qəddarlığını nümayiş etdirir”, – ABŞ prezidenti Co Bayden bazar ertəsi verdiyi bəyanatda bildirib.

"Bu gün mənasızcasına həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik" dedi.

Bayden bildirib ki, hücumlar ABŞ-ın Ukrayna xalqına lazım olan müddətdə dəstək vermək öhdəliyini daha da gücləndirir.

“Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə biz onun təcavüzünün bədəlini Rusiyanın üzərinə qoymağa, Putin və Rusiyanı vəhşiliklərinə və müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etməyə və Ukrayna qüvvələrinə öz ölkələrini və azadlıqlarını müdafiə etmək üçün lazım olan dəstəyi göstərməyə davam edəcəyik”, - Bayden deyib.

“Biz bir daha Rusiyanı bu əsassız təcavüzü dərhal dayandırmağa və qoşunlarını Ukraynadan çıxarmağa çağırırıq”, - Bayden əlavə edib.