Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Putin haqqında: "Axmaq ordusu olan diktator"

ABŞ prezidenti Co Bayden Alabama ştatında müdafiə zavoduna səfəri zamanı Rusiya lideri Vladimir Putin haqqında "Axmaq ordusu olan diktator" ifadəsi işlədib.

ABŞ-ın Ukraynaya tədarük etdiyi “Javelin” tank əleyhinə raketlər həmin zavodda istehsal olunur. Bayden əlavə edib ki, bu zavodda işləyən amerikalılar Ukraynanın Rusiya işğalına qarşı mübarizəsində xüsusi rol oynayırlar.

Euronews Amerika prezidentinin sözlərini sitat gətirir: "Siz ukraynalıların özlərini müdafiə etməsinə imkan yaradırsınız. Və onlar da bir çox hallarda Rusiya hərbçilərini sizin silahınızla gülünc vəziyyətə salırlar. Tarix sübut etdi ki, əgər siz diktatorlara müqavimət göstərməsəniz onlar hücum etməkdə davam edirlər, onlar gəlirlər və hakimiyyət iştahaları da artmaqda davam edir”.

Rusiya prezidenti Vladimir Putin isə fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı Qərbi Ukraynaya silah tədarükünü dayandırmağa çağırıb.