Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması protokollarını imzalayıb

ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonun Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiq edən protokolları imzalayıb.

İmzalanma mərasimi Ağ Evin saytında yayımlanıb.

"Bu addım Avropanı və bütün dünyanı daha təhlükəsiz edəcək. Müttəfiqlərimizlə birlikdə görmək istədiyimiz gələcəyi formalaşdıracağıq ", - ABŞ prezidenti bildirib.

Finlandiya və İsveçin təşkilata qoşulması üçün sənədlər alyansın bütün üzvləri tərəfindən təsdiqlənməlidir.

Protokolları imzalayan 30 ölkədən 23-cüsü ABŞ olub.