Bayden: İran Yaxın Şərqdə sabitliyi pozur
16 İyul 2022
“İran Yaxın Şərq regionunda qeyri-sabitliyə səbəb olur və biz buna imkan verməyəcəyik”.
Bu sözləri ABŞ Prezidenti Co Bayden bu gün Səudiyyə Ərəbistanı Krallığına səfəri zamanı deyib.
Bayden bildirib ki, ABŞ heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək.
“ABŞ İranın nüvə proqramına təzyiq göstərmək üçün diplomatik səylərini davam etdirir və biz rəsmi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışırıq” - Ağ ev rəhbəri vurğulayıb.